Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2022-ci ildə bir oyunda ən çox qol vuran futbolçunun adını açıqlayıb.
"Unikal" xəbər verir ki, o, Argentina millisinin və “Mançester Siti”nin hücumçusu Xulian Alvares olub. Belə ki, bu nəticə Alvares hələ “River Pleyt”də oynadığı vaxt qeydə alınıb.
Forvard “Alyansa Lima” ilə oyunda 6 qola imza atıb. Ötən il mayın 25-də baş tutan həmin matçda “River Pleyt” 8:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Xulian Alvares ötən yayda “River Pleyt”dən “Mançester Siti”yə transfer olunub.