Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının oğlu Yusifin adından pul yığılıb.
"Unikal" xəbər verir ki, bu haqda meyxanaçının instaqram səhifəsində paylaşım edilib. Bildirilib ki, TikTok sosial şəbəkəsində "atama dəstək olun" adlı səhifə açılıb. Rəşad və oğlu Yusifin şəkli yerləşdirilərək, insanlardan pul istənilib.
"Bu insan Yusifin adından TikTok-da pul yığır. Səhifəni şikayət edək" deyə, paylaşımda yazılıb.
Hazırda Rəşad Dağlının instaqram səhifəsinin onun qardaşı işlədir.