Məşhur aktrisa Nurgül Yeşilçay yaşadığı ərazidə qonşuları ilə mübahisə edib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb aktrisanın mütəmadi olaraq küçə pişiklərini yedizdirməsi olub. Belə ki, bu hal Nurgülün qonşularının xoşuna gəlməyib və onlar nazarılıqlarını aktrisaya bildiriblər. Bundan sonra isə Yeşilçay da sosial media hesabında qonşularına qarşı incikliyini dilə gətirib:
"Yaşadığım ev pişiklərin əhatəsindədir. Onları yedirtməyək?! Birliyin nə olduğunu bilməyənlərə ürəkdən sevgi arzulayıram".
Samirə Bəhramova