Aparıcı-prodüser Tarix Əliyev (Tolik) Zaur Kamalı tənqid edib.
"Unikal" xəbər verir ki, o, Zaurun Əməkdar artist Gülbahar Şükürlü üçün efirdə sənət adamlarından 3 min manat istəməsini qınayıb.
"Gülbahar xanım ona deməyib ki, mənə pul yığ. Bütün günü Zaur efirdə danışır ki, ölkənin ən reytinqli verilişiyik, 15 sponsorum var. Lap 20 sponsorun olsun, 3 min nə puldur? İndi hansı sponsoruma zəng etsəm, 10 mini bir günün içində yığaram. Toylara gedirsən, pulun yoxdur? Mən toya getsəydim, 2 minin üstünə bir 3 min qoyub, aparıb 5 min verərdim. Sən 3-4 minə toya gedirsən. Bir günlük reytinqə görə, çıxardıb müğənnini ağlatmaq nədir?" deyə, Tolik bildirib.