Fransanın “Strasburq” futbol klubu baş məşqçisi Jülyen Stefanı istefaya göndərib.
"Unikal" xəbər verir ki, 43 yaşlı mütəxəssis Fransa kuboku yarışının 1/32 final mərhələsində “Anje”yə məğlubiyyətdən (0:0, penaltilərlə 4:5) sonra postundan ayrılmaq məcburiyyətində qalıb.
“Strasburq” rəsmi matçlarda sonuncu dəfə 3 ay əvvəl qələbə sevinci yaşayıb.