Azərbaycanlı rejissor Anar Hüseynov dünyasını dəyişib.
“Unikal” xəbər verir ki, bu barədə müğənni Rəqsanə İsmayılova instaqram hesabında paylaşım edib.
Mərhumun qardaşı Vüqar Hüseynov axşam.az-a onun ölüm səbəbini açıqlayıb:
“Şəkər xəstəsi idi, insulin vuruldu. Şəkəri qalxıb, komaya düşdü. Həyatını xilas etmək mümkün olmadı”.
Qeyd edək ki, A. Hüseynov Azərbaycan şou-biznesinin bir çox tanınmış simaları ilə əməkdaşlıq edib.