Türkiyəli tanınmış aktrisa Tuvana Türkay  bədbəxt hadisə ilə üzləşib.

"Unikal" xəbər verir ki, aktrisanın 3 aylıq iti dənizə düşüb. İtin dənizdə çabaladığını görən Türkay onu xilas etmək üçün Boğazın sərin sularına qərq olub. Bundan sonra Tuvana və iti dənizdən çıxarılıb. Dənizə düşən aktrisanın səhhətində problem yaranıb və  o xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, aktrisa zəngin iş adamı İzzət Anteblə sevgilidir.