Türkiyəli məşhur aktyor Burak Özçivit 2023-cü ildə çəkiləcəyi reklamlar üçün qazanacağı pulu açıqlayıb.

"Unikal" xəbər verir ki, ikinci dəfə ata olmağa hazırlaşan Burak Özçivit reklamlardan qazanacağı pulu daşınmaz əmlaka yatıracaq.

Belə ki, Burak Özçivit oynayacağı reklamlar üçün 1 milyon dollar alacaq. Onun həyat yoldaşı, məşhur aktrisa Fahriye Evcən də reklam çarxlarında şampun və geyim brendinin siması kimi çıxış edəcək. 

Qeyd edək ki, aktyor "Qurtuluş Osman" serialında baş rolu canlandırır.