Baş rolda Ceyson Stathamın oynadığı "Operation Fortune" filmində məşhur türkiyəli aktyor Kaan Urgancıoğlu da yer alıb.
"Unikal" xəbər verir ki, Antalyada çəkildiyi filmdə mafiya lideri obrazını canlandıran Urgancıoğlu ilk dəfə bununla bağlı mətbuata açıqlama verib.
O, dünyaca məşhur aktyorla işləməyin çox asan olduğunu dilə gətirib:
"İlk dinləmə səhnəsi gəldi, çalışdım və göndərdim. Sonra təsdiq gəldi. Qısa bir səhnədə rol aldım. Ceysonla işləmək mənim üçün çox mənalı oldu”.
Qeyd edək ki, Kaan hazırda "Yargı" serialında "Ilgaz Kaya" obrazını canlandırır.
Gülayə Mecid