Xəbər verdiyimiz kimi, Türkiyədə yayımlanan məşhur "Aşk-ı Memnu" serialı film olaraq ekranlara qayıdır. Filmdə əsas obrazlarından biri olan "Bihter"i Farah Zeynep Abdullah canlandıracaq.
"Unikal" xəbər verir ki, aktrisanın "Bihter" obrazını canlandırması qısa zamanda sosial mediada gündəm olub. Belə ki, filmə baxmayacaqlarını deyən istifadəçilər prodüserlərə “boşuna etməyin” deyə səsləniblər.
Onlar ""Bihter"i ən yaxşı Beren Saat canlandırıb" deyə şərh edərək, Farahı bu obraza yaraşdırmayıblar.