Uzun müddətdir Beyaz TV-də yayımlanan maqazin proqramında aparıcı olan Seren Serengil İnstaqram hesabında diqqətçəkən açıqlama verib.
"Unikal" xəbər verir ki, o, “Söylemesəm Olmaz” proqramından ayrıldığını bildirib. Buna səbəb aparıcının digər həmkarları ilə tez-tez mübahisə etməsi olub:
“Uzun müddətdir davam edən bəzi hadisələrlə görə, “Söylemesəm Olmaz” adlı proqramdan ayrıldım. Mən bu qərarı şəxsi hüquqlarıma, ictimaiyyət qarşısında nüfuzuma və siz dəyərli izləyicilərimin gözündə varlığıma xələl gətirməmək üçün vermişəm. Proqramda başqa aparıcılar və prodüser tərəfindən tənqidlərə məruz qalmışam".
Samirə Bəhramova