İsrailin xarici işlər naziri Eli Koen Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu İsrailə dəvət edib.
"Unikal" xəbər verir ki, o, tvitində Bayramovla telefon danışığı olduğunu açıqlayıb.
“Biz Azərbaycanla əlaqələri gücləndiririk. Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla söhbətim oldu və o, məni bu vəzifəyə təyin olunması münasibətilə təbrik etdi. Mən naziri Azərbaycanın İsraildə səfirliyinin açılması ilə əlaqədar dəvət etmişəm”, - Koen yazıb.
Qeyd edək ki, yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyev həmin ölkəyə səfir təyin edilməsi haqqında sərəncam imzalayıb .
İsrail 1990-cı illərin əvvəllərində Azərbaycanda səfirlik açıb və son illərdə Qarabağ uğrunda Ermənistana qarşı apardığı mübarizədə Azərbaycana böyük hərbi və diplomatik dəstək verib. İsrail neftə olan tələbatının 40 faizini Azərbaycandan alır.
Bakı üç onillikdə İsrailə səfir təyin etməyib. Azərbaycanın Təl-Əvivdə səfirliyi açılacaq.
Gültəkin Ələsgər