"Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında qalmalıdır, Moskva Azərbaycan və Ermənistan tərəfdaşlarını böhranın tez bir zamanda həlli üçün xoşməramlılıq nümayiş etdirməyə və qarşılıqlı məqbul kompromisləri birgə axtarmağa çağırır".
"Unikal" xəbər verir ki, Rusiyanın ATƏT-dəki səfiri Aleksandr Lukaşeviç bildirib.
“Regionda humanitar vəziyyətin pisləşməsi ciddi narahatlıq doğurur. Laçın dəhlizi RRB-nin nəzarəti altında qalmalı və yalnız 9 noyabr 2020-ci il tarixli Bəyanatda qeyd olunan məqsədlər üçün istifadə edilməlidir. Biz Azərbaycan və Ermənistan tərəfdaşlarımızı xoşməramlılıq nümayiş etdirməyə və münaqişənin həlli üçün qarşılıqlı məqbul kompromisləri birgə axtarmağa çağırırıq. Laçın dəhlizi ətrafında vəziyyəti mümkün qədər tez bir zamanda həll etmək, filiz yataqlarının işlənməsi və elektrik enerjisi ilə bağlı problemlərin həlli parametrlərini razılaşdırmaq”, - deyə Lukaşeviç ATƏT Daimi Şurasının xüsusi iclasında bildirib.
“Sabit və uzunmüddətli həll yalnız Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli sazişlərinin bütün müddəalarına ciddi əməl olunması əsasında mümkündür. Biz RMK-ya qarşı hər hansı təxribatçı hərəkətləri və ictimai hücumları qəbuledilməz və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə zərərli hesab edirik. Rusiya sülhməramlıları onların yerləşdirildiyi ərazidə təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verir, bunu Rusiya, Azərbaycan və Ermənistan liderləri oktyabrın 31-də (2022-ci il - red.) Soçidə keçirilən sammitdə qeyd ediblər”, - daimi nümayəndə bildirib. .