Milli Məclisin yaz sessiyasında "Hərbi qulluqçuların statusu haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılacaq.
"Unikal" xəbər verir ki, bununla bağlı məsələ parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2023-cü il yaz sessiyası üçün qanunvericilik işləri planına daxil edilib.
Komitənin bu gün keçirilən iclasında işlər planı müzakirə olunur.
Anar Kəlbiyev