Çeçenistan lideri Ramzan Kadırov Türkiyənin İsveç səfirliyi qarşısında "Qurani-Kərim"in yandırılmasına sərt reaksiya verib.

"Unikal" xəbər verir ki, Kadırov bu barədə teleqram kanalında yazıb.

“İsveçin Stokholm şəhərində Danimarka Satanist Partiyasının lideri olan bəzi əclaflar Türkiyə səfirliyinin qarşısında "Qurani-Kərim"i yandırıblar. Bu dəhşətli hərəkət Ankaraya etiraz kimi qiymətləndirilib. Amma bu hərəkət əslində müqəddəs dəyərlərə hücum idi”, - deyə bildirib.

Stokholmdakı səlahiyyətlilərin əvvəlki məlumatlarına baxmayaraq bu hərəkətə icazə verdiyi bildirilərkən, “Hər kəs əkdiyini biçər. Bir gün başa düşəcəksən ki, hər şey üçün çox gec olacaq. “Cəhənnəmdə yanın şeytanlar”, - deyə Kadırov sərt reaksiya verib.

NATO-nun şeytanın toxumu olduğunu bildirən Kadırov, "Ukraynaya qarşı İblis qüvvələri ilə də mübarizə aparırıq" və avropapərəstlərin Quranın yandırılmasına heç bir reaksiya verməməsinə də etiraz edib.

Samirə Bəhramova