Rusiya bu gün KXDR-in nüvə proqramını həyata keçirməsinin səbəblərini anlayır.

"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. 

Onun sözlərinə görə, Şimali Koreya rəhbərliyi İsrail-Amerikanın  İrana zərbələrindən xeyli əvvəl müvafiq nəticələr çıxarıb. 

"Və məhz bu nəticələr vaxtında qəbul edildiyi üçün heç kim KXDR-ə qarşı güc tətbiq etmək fikrində belə deyil, baxmayaraq ki, KXDR ətrafında ABŞ, Cənubi Koreya və Yaponiyanın iştirakı ilə hərbi tikinti gedir ”, - Lavrov vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri xüsusilə vurğulayıb ki, “bu əlaqələri heç kimə, o cümlədən KXDR və Rusiyaya qarşı qurmaq üçün” sui-istifadə etmək olmaz.