Rusiya Prezidenti Vladimir Putinin Valday rayonunda (Novqorod vilayəti) iqamətgahının yaxınlığında hava hücumundan müdafiə kompleksi quraşdırılıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın “Agentstvo” nəşri məlumat yayıb.

“Pantsir-S1” zenit kompleksi bir neçə həftə əvvəl Valday yaxınlığında yerləşdirilib. 

Putinin Moskva yaxınlığındakı Novo-Oqaryovdakı iqamətgahı yaxınlığında hadisə şahidləri hava hücumundan müdafiə kompleksini görüblər . Əvvəllər hava hücumundan müdafiə sistemi Rusiya Federasiyasının hərbi idarəsinin binasının damında quraşdırılıb.

Geniş yayılmış məlumata görə, “Pantsir” zenit-raket və silah sistemi eyni anda 30-a qədər hədəfi, məsələn, qanadlı və ballistik raketləri, təyyarələri aşkar edə bilir. Belə zenit-raketlər hətta dronları da tapmağa qadirdir.

Gülayə Mecid