İndoneziyada Yava və Sumatra adaları arasında Sunda boğazında yerləşən Anak-Krakatau vulkanının püskürməsi başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə İndoneziyanın ANTARA agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, vulkan yanvarın 23-ü səhər saatlarından indiyədək 8 dəfə püskürüb. Yanvarın 24-də vulkanik kül sütunu təxminən 2 km hündürlüyə qalxıb.
Hakimiyyət əhaliyə vulkana 5 km-dən yaxın məsafədə yaxınlaşmağı qadağan edib.
Ağarza Elçinoğlu