Bu gün Rusiya sülhməramlılarına məxsus 5 yük və 1 minik avtomobili Laçın yolundan keçib.
"Unikal" xəbər verir ki, Laçından Xankəndi istiqamətinə gedən avtomobillərin maneəsiz hərəkət etməsi üçün şərait yaradılıb.
Bununla da gün ərzində aksiya ərazisindən keçən avtomobillərin sayı 57-yə çatıb.
Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.
Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 44 gündür davam edir.