Şimali Koreyanın paytaxtı Pxenyanda səlahiyyətlilər, tənəffüs yoluxucu xəstəliklər və yoluxma hallarının artması ilə əlaqədar beş günlük karantin rejiminə qərar verib.

"Unikal" NK News-a istinadən xəbər verir ki, qərarda COVID-19-dan bəhs edilməsə də lakin şəhər sakinlərinə bazar gününün sonuna qədər evdə qalmaları və hər gün bir neçə dəfə qızdırma yoxlaması etmələri bildirilib.

Şimali Koreyanın digər hissələrində karatinin tətbiq edilib-edilmədiyi bəlli deyil. 

Şimali Koreya 2022-ci ildə ilk COVID-19 epidemiyasını etiraf edib və ölkə heç vaxt nə qədər insanın koronavirusa yoluxduğunu açıqlamayıb.