Filippinin şimal-qərbində Bataan əyalətində hərbi təlim təyyarəsi qəzaya uğrayıb. 

"Unikal" xəbər verir  ki, Filippinin Mülki Aviasiya İdarəsi (CAAP) Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarənin Bataan əyalətində düyü tarlasına çırpıldığını açıqlayıb.

Bildirilir ki, təyyarə düyü tarlasına çırpılmadan əvvəl idarədən çıxıb sürətlə aşağı düşüb. Qəzada həyatını itirən iki nəfərin cəsədi dağıntılar altından çıxarılıb.