İranda İsraillə əlaqəsi olduğu iddia edilən 12 “terrorçu” komanda ələ keçirilib.

"Unikal" "Tasnim" xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Kəşfiyyat naziri İsmayıl Hatib deyib. 

Hatib, "Ölkədə qarışıqlıq yaratmaq məqsədi ilə hərəkətlər etməyə hazırlaşan İsrailə bağlı 12 terror qrupu yaxalanıb", - ifadə edib. 

Kəşfiyyat naziri Hatib iddia edib ki, sözügedən cəhd “Məhsa Əmininin nümayişləri uğursuzluğa düçar olduqdan sonra İranın düşmənləri tərəfindən planlaşdırılıb”.

Gülayə Mecid