Almaniya Ukraynaya "Leopard 2" tanklarının göndərilməsinə razıdır.

"Unikal" xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit bildirib.

Onun sözlərinə görə, Almaniya həmçinin onların NATO tərəfdaşı olan ölkələrdən tədarükünü də təsdiqləyəcək. 

"İlk mərhələdə Almaniya Ukraynaya 14 tank verəcək, indiyədək Kiyevə öz ehtiyatlarından iki "Leopard 2" batalyonu verməyi hədəfləyir. Bundan əlavə, yardım paketinə hərbi təlim, döyüş sursatı, texniki xidmət və logistika yardımı daxildir", - məlumatda deyilir. 

İndi Leopard 2-nin tədarükü ən azı 12 NATO ölkəsi tərəfindən təmin edilə bilər.

Ağarza Elçinoğlu