"Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının məqsədi, ilk növbədə, insanları və Rusiyanı qorumaqdır". 

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.  

"Xüsusi əməliyyatın məqsədi, dəfələrlə dediyim kimi, insanları və Rusiyanı gözləyən təhlükələrdən qorumaqdır. Yəni, əsas məqsəd Rusiyanı bizim tarixi ərazilərimizdə yaratmağa çalışdıqları təhlükələrdən uzaq tutmaqdır. Biz ölkəmizə qarşı təhlükə yaradılmasına yol verə bilmərik”, - Rusiya lideri vurğulayıb. 

Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Rusiya Ukraynada xüsusi hərbi əməliyyatın məqsədlərinin yerinə yetirilməsini təmin etmək niyyətindədir, “mütləq prioritet” ölkənin yeni regionlarının sakinlərinin təhlükəsizliyidir.

Gülayə Mecid