Türkiyənin Muğla bölgəsində (Aralıq dənizi sahilləri) 5,7 bal gücündə zəlzələ baş verib. 

"Unikal" xəbər verir ki, bu barədə Kandilli rəsədxanası məlumat verib. 

Yerin 30 kilometr dərinliyində baş verən zəlzələ Antalya, Aydın və Dənizli vilayətlərində, xüsusilə Muğlada hiss olunub. Təbiət hadisəsi ilə bağlı dağıntı və ya təlafat qeydə alınmayıb. 

AFAD zəlzələnin maqnitudasının 5,4 olduğunu açıqlayıb.

Ağarza Elçinoğlu