Ukrayna prezidenti Volodimir Zelenski Almaniya kansleri Olaf Şolts ilə telefon danışığı aparıb. 

"Unikal" xəbər verir ki, bu barədə "Sky News" məlumat dərc edib. 

Məlumata görə, ölkə liderləri Berlinin 14 "Leopard 2" tankının Ukraynaya təhvil verilməsi qərarından sonra təkbətək danışıb. 

Söhbət Almaniya kanslerinin Almaniya parlamentindəki çıxışından əvvəl baş tutub. Şolts Bundestaqa müraciəti çərçivəsində qeyd edib ki, Ukrayna ilə Rusiya Federasiyası arasında müharibə bir çox Avropa prinsiplərini təhdid edir. 

Bu kontekstdə o, silah tədarükü məsələsində beynəlxalq əməkdaşlığın düzgün olduğunu bəyan edib.

Ağarza Elçinoğlu