Moskva məhkəməsi Rusiyanın ən qədim insan haqları təşkilatı olan “Moskva Helsinki Qrupu”nu ləğv edib. Keçmiş Sovet İttifaqı dövründə, 1970-ci illərdə yaradılmışdır.

"Unikal" xəbər verir ki, hüquq müdafiə təşkilatının təsis edilməsi akademik Andrey Saxarovun mənzilində keçirilən mətbuat konfransında elan edilib.

Ötən ilin sonunda Rusiya Ədliyyə Nazirliyi yoxlamalar nəticəsində qanun pozuntularının aşkar edildiyini əsas gətirərək hüquq müdafiə təşkilatının ləğvini tələb edərək məhkəməyə müraciət etmişdi.

“Böyük günah işlədirsən. Siz insan haqları hərəkatını məhv edirsiniz”, - təşkilatın həmsədri Valeri Borşçev Moskva məhkəməsində bildirib.