ABŞ-ın Rusiyadakı yeni səfiri Linn Treysi Moskvaya gedib.
"Unikal" xəbər verir ki, bu barədə Amerika diplomatik missiyası öz "Twitter" səhifəsində məlumat yayıb.
Bundan əvvəl Dövlət Dumasının Xarici Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa demişdi ki, "Rusiya ilə ABŞ arasındakı münasibətlərdən çox şey asılıdır". O, ümid edir ki, Linn Treysinin səfir kimi təyinatı Rusiya Federasiyası ilə beynəlxalq vəziyyəti yumşaltmağa kömək edəcək.
Ağarza Elçinoğlu