"Meta" ABŞ-ın keçmiş prezidenti Donald Trampın bloklanan "Facebook" və "Instagram" hesablarını yaxın həftələrdə bərpa edəcək.
"Unikal" xəbər verir ki, bu barədə şirkətin beynəlxalq məsələlər üzrə prezidenti Nik Kleq bildirib.
Onun sözlərinə görə, Tramp bütün yeni qaydalara, o cümlədən iğtişaşlar dövründə məşhur şəxslərin hesablarının tənzimlənməsinə tabe olacaq. Pozuntuların şiddətindən asılı olaraq, bir aydan iki ilə qədər müddətə hesabın yenidən məhdudlaşdırılması mümkündür.