"Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Böyük Britaniyanın Ukraynadakı səfiri olarsa, biz şad olarıq".
"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Sky News" telekanalına müsahibəsində deyib.
Prezident "Consonun Böyük Britaniyanın Kiyevdəki səfiri olmasını istərdinizmi?" sualına müsbət cavab verib: "Məmnuniyyətlə. O, yaxşı oğlandır. Onun bu statusa hazır olub-olmamasından əmin deyiləm, amma kim bilir?"
Jurnalistin Zelenskinin Consonun yenidən baş nazir olmasını istəyib-istəmədiyi ilə bağlı aydınlaşdıran sualına Ukrayna prezidenti belə deyib:
Zelenski həmçinin Böyük Britaniya, ABŞ və Almaniyanın Ukraynaya tanklar göndərməsini alqışlayıb.
Ağarza Elçinoğlu