Jurnalist Eynulla Fətullayev Aydın Canıyevdən şikayət etməsinin əsas səbəbini açıqlayıb.

"Unikal" xəbər verir ki, o, bu barədə Feysbuk sosial şəbəkəsində paylaşım edib. E. Fətullayev paylaşımında məsələyə belə aydınlıq gətirib:

"Adını çəkmək istəmədiyim məxluq burada, Facebook-da, öz səhifəsində ana söyüşünə qədər alçaldı. Baş Prokuror hörmətli Kamran Əliyevə müraciət etdim. Məxluq 1 ay müddətinə həbsə atıldı. Hörmətli baş prokurora və məhkəməyə təşəkkür edirəm. Məncə, belə məxluqları idarə edənlərə də dərs olar!"

xxx

20:05

Aydın Canıyev həbs olunub.
"Unikal"
xəbər verir ki, bu barədə  A. Canıyevin sosial şəbəkə hesabında paylaşım edilib. Bildirilib ki, hakim Murad Məmmədovun sədrliyi ilə keçən iclasda Yasamal rayon Məhkəməsinin qərarı ilə Aydın Canıyev İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinə əsasən 30 sutka inzibati qaydada həbs olunub.
Qeyd edək ki, A. Canıyev jurnalist Eynulla Fətullayevin şikayəti əsasında məhkəməyə çıxarılıb. E. Fətullayev şikayətində Canıyev tərəfindən təhqir edildiyini bildirib.