Fil Dişi Sahilinin mərkəzində yerləşən kənddə son iki ayda ən azı 12 uşaq naməlum xəstəlikdən ölüb.
"Unikal" xəbər verir ki, bu barədə cümə axşamı yerli ictimaiyyətin nümayəndələrinə istinadən Agence France Presse məlumat yayıb.
Kpo-Kahankro kəndində ölənlərin yaşının birdən səkkiz yaşına qədər olduğu bildirilir. Kənd gənclər birliyinin sədri Paul Kouassinin sözlərinə görə, xəstə uşaqlar stupor vəziyyətinə düşürlər, bu da qusma ilə müşayiət olunur.
Mütəxəssislər kəndə 2022-ci ilin dekabrında, ilk yoluxma hallarından ölümün baş verdiyi zaman baş çəkiblər. Onlardan toxuma nümunələri üçün götürülüb lakin analizlər hələ alimlərə xəstəliyin səbəbini müəyyən etməyə imkanı verməyib.