"ABŞ Ukrayna ilə danışıqlar üçün Rusiyaya qarşı sanksiyaları yumşaltmağa hazırdır"
"Unikal" xəbər verir ki, ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Konqresin Senatın Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı Ağ Ev Moskva və Kiyev arasında ciddi danışıqlar prosesi üçün lazım gələrsə, Rusiyaya qarşı sanksiyaları yumşaltmağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya qoşunları mövcud məhdudiyyətləri yumşaltmaq üçün Ukrayna ərazisini tərk etməlidir.
"Rusiyanın ciddi danışıqlar aparmaq və öz qüvvələrini Ukraynadan çıxarmaq və ərazini geri almaq qərarı kontekstində, əlbəttə ki, mən dəstək olacam və düşünürəm ki, dövlət katibi Blinken də dəstəkləyəcək ” , - Nuland bildirib .
Bundan əvvəl Fransa, Almaniya, Hollandiya, İspaniya, Belçika və Portuqaliya Brüsseli Rusiyaya qarşı məhdudiyyətləri tənzimləməyə çağırıb ki, məhdudiyyətlər ərzaq və gübrə tədarükünə mane olmasın. Onların fikrincə, Aİ Rusiya ilə kənd təsərrüfatı müqavilələrinə ABŞ və Böyük Britaniyadan daha sərt yanaşır ki, bu da Aİ-nin ərzaq təhlükəsizliyi sahəsində ümumi siyasətinə ziddir. Qida böhranının nəticələri ilə üzləşən Afrikanın bir neçə ölkəsi də Avropanın sanksiyalarına qarşı idi.