“Vaşinqton rəsmiləri Türkiyəyə təzyiq edirlər ki, ABŞ istehsalı olan təyyarələrdən istifadə edən Rusiya aviaşirkətlərinin reyslərinə və həmin nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsinə icazə verməsin”.
"Unikal" xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşrində dərc olunmuş məqalədə bildirilib.
Məqalədə qeyd edilib ki, ABŞ rəsmiləri dekabr ayında bununla bağlı Türkiyə tərəfinə xəbərdarlıq ediblər. Bildirilib ki, Türkiyə Rusiya və Belarusa və əks istiqamətdə uçan ABŞ istehsalı təyyarələrin yanacaq doldurmalarına və hissələrini dəyişdirmələrinə icazə verərsə, 2022-ci ildə tətbiq edilən ixraca nəzarət qaydalarını pozmuş olacaq. Bu səbəbdən də Türkiyəyə qarşı tədbirlərin görülməsi nəzərdən keçirilə bilər.