"Türkiyə Finlandiya və İsveçin NATO -ya qəbulunu təsdiq edərsə , ABŞ Konqresinin Ankaraya F-16 qırıcılarının satışına daha müsbət baxa bilər".
"Unikal" xəbər verir ki, bunu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Konqres Senatının Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı deyib .
Dövlət katibinin müavininin qeyd etdiyi kimi, ABŞ administrasiyası Finlandiya və İsveçin NATO-ya üzv olmağa hazır olması ilə razılaşır.
O qeyd edib ki, bu ölkələrin alyansa qoşulması ilə bağlı protokollar Macarıstan və Türkiyə istisna olmaqla, hamı tərəfindən ratifikasiya olunub .
Onun sözlərinə görə, Ankara ilə Vaşinqton arasında hər söhbətdə bu məsələ qaldırılır .
“Biz türk müttəfiqlərimizə demişdik ki, Konqres yəqin ki, Türkiyə tərəfindən protokolların ratifikasiyasından sonra buna daha müsbət yanaşacaq - Nuland bildirib.
Bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, İsveç və Finlandiyanın NATO-ya qəbulu prosesi Ankara və Vaşinqton arasında F-16 qırıcıları ilə bağlı razılaşmadan ayrı getməlidir .