ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, əgər o ABŞ administrasiyasının rəhbəri olsaydı, 24 saat ərzində Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail ola bilərdi.
"Unikal" xəbər verir ki, bu barədə eks-prezident özünün "Truth Social" sosial şəbəkəsində yazıb.
Bundan əvvəl milyarder və siyasətçi ABŞ prezidenti Cozef Bayden administrasiyasının Ukrayna ilə bağlı hərəkətlərini tənqid edib. Onun fikrincə, Kiyevə milyonlarla dollar yardım göndərmək yox, sövdələşmə ilə münaqişəyə son qoymaq lazımdır.
Ağarza Elçinoğlu