İranda səfirliyimizə hücum edən şəxsin adı açıqlanıb.
"Unikal" xəbər verir ki, o İran vətəndaşı Yasin Hüseynzadədir.
xxx
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs saxlanılıb.
"Unikal" "MEHR" agentliyinə istinadən xəbər verir ki, bu barədə Tehran polis rəisi briqada generalı Hüseyn Rəhimi məlumat yayıb.
"Bu gün səhər saatlarında Azərbaycan səfirliyinə odlu silahla daxil olub. Hücum nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. Polis əməkdaşlarının çevik tədbirləri nəticəsində hücum edən şəxs dərhal tutularaq istintaqa cəlb edilib. İlkin araşdırmalara görə, o iki övladı ilə səfirliyə gəlib. Hücumun səbəbi şəxsi və ailə problemləri olub",- deyə qeyd edib.
Gülayə Mecid