Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu gün səhər saatlarında İrandakı səfirliyimizə edilən silahlı hücuma münasibət bildirib.
"Unikal" xəbər verir ki, bu barədə səfir "Twitter"də qeyd edib.
O, Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum zamanı təhlükəsizlik işçisinin həlak olduğunu yazıb: "Biz diplomatik missiyalara edilən istənilən hücumu qətiyyətlə pisləyirik və ev sahibi ölkə (İran - red.) tərəfindən Vyana Konvensiyasının yerinə yetirilməsinə çağırırıq".
Ağarza Elçinoğlu
❗️Attaque armée déplorable contre l'Ambassade d'#Azerbaïdjan en #Iran. Le personnel de sécurité a été tué. Nous condamnons fermement toute attaque contre des missions diplomatiques & appelons à la mise en œuvre de la Convention de Vienne par le pays hôte.https://t.co/uWyZnmtBcW
— Leyla Abdullayeva (@LAbdullayevaMFA) January 27, 2023