İsmayıllı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
"Unikal"ın məlumatına görə, bu gün rayonun Qalıncaq kənd sakini, 1947-ci il təvəllüdlü Baxışova Cavahir Araz qızı yaşadığı evin təxminən 2 metr hündürlüyü olan pilləkənindən həyətə düşərkən ehtiyatsızlıq səbəbindən yıxılıb. Xəsarət alan 76 yaşlı qadın hadisə yerində dünyasını dəyişib. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Onun meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Şahnəzər Bəşirov