Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov özünü ordu generalı elan edib.
"Unikal" xəbər verir ki,bu barədə "Qızıl əsr" dövlət agentliyi məlumat yayıb.
"Konstitusiyanın 81-ci maddəsinə uyğun olaraq, Türkmənistanın Məclisi qərara alır: Türkmənistan Prezidentinə, Silahlı Qüvvələrin Ali Baş Komandanına ordu generalı hərbi rütbəsi verilsin", - respublika parlamentinin aşağı palatasının bəyanatında deyilir.
Qərarı Berdiməhəmmədov özü imzalayıb.
Ağarza Elçinoğlu