"Ölkəmizin Tehrandakı səfirliyinə edilən terror hücumunu qətiyyətlə qınayır və yolverilməz olduğunu bildirirəm. Son zamanlar Iranda anti-Azərbaycan kampaniyasının aparılması müşahidə edilirdi. Bütün bu hadisələrin fonunda belə bir hadisənin baş verməsi gözlənilən idi. 1961-ci il tarixli Vyana Konvensiyasına uyğun olaraq, yerləşmə ölkəsi diplomatik nümayəndəliklərin mühafizəsini, onların əməkdaşlarının təhlükəsizliyini təmin etməyə borcludur. İran bu terroru araşdırmalı, xain hücumun arxasında olanların aşkar edilərək cəzalandırılması üçün tədbir görməlidir"
Bu sözləri "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib. M. Abbaszadə hadisə nəticəsində şəhid olan səfirlik əməkdaşının ailəsinə başsağlığı verib: "Terror hücumu nəticəsində şəhid olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin.
Yaralılara Allahdan şəfa diləyirəm."
“İran xain hücumun arxasında olanları cəzalandırmalıdır" - Mahir Abbaszadə
22:28 27-01-2023
SİYASƏT
Digər Xəbərlər
2024-11-29 13:14:00
2024-11-29 12:19:03
2024-11-29 11:03:44
2024-11-28 15:57:27
2024-11-28 14:47:27
2024-11-28 14:01:11
2024-11-28 12:02:27
2024-11-28 11:15:05
2024-11-27 17:09:43
2024-11-27 15:24:45
2024-11-27 14:48:29
2024-11-27 11:30:40
2024-11-27 11:10:40
2024-11-26 20:17:54
2024-11-26 15:40:38
2024-11-26 15:14:54
2024-11-25 22:31:00
2024-11-25 15:09:39
2024-11-25 14:35:49
2024-11-25 14:08:14