Fransa Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu pisləyib.
"Unikal" xəbər verir ki, bu barədə nazirliyin bəyanatında bildirilib.
“Həlak olanların ailələrinə başsağlığı veririk. Diplomatik korpusa və diplomatlara qarşı istənilən hücum qəbuledilməzdir.
Biz İran hakimiyyətini öz ərazilərində xarici diplomatların hüquqlarını qorumaq məsuliyyətinin bir hissəsi olaraq bu hücumu araşdırmağa çağırırıq”, - bəyanatda vurğulanıb.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlik əməkdaşları tərəfindən saxlanılıb.