Macarıstan Prezidenti Katalin Novak Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib.
"Unikal" xəbər verir ki, bu barədə şənbə günü K.Novak özünün "Twitter" səhifəsində yazıb.
"Diplomatik missiyalara və onların əməkdaşlarına edilən istənilən hücumu qətiyyətlə pisləyirəm. Azərbaycana və bu ölkənin İrandakı səfirliyinə dəhşətli hücum zamanı həlak olan şəxsin ailəsinə dərin hüznlə başsağlığı verirəm", - deyə Macarıstan Prezidenti bildirib.