Braziliya hökuməti yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum xəbərini narahatlıqla qarşılayıb.
"Unikal" xəbər verir ki, bu barədə şənbə günü Braziliyanın Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
"Braziliya beynəlxalq hüquq çərçivəsində diplomatik nümayəndəliklərin toxunulmazlığı prinsipini və onların obyektlərinin qorunması imperativini xatırladır. Braziliya hökuməti Azərbaycan hökuməti və xalqı, eləcə də hücum nəticəsində həlak olan şəxsin ailəsi ilə həmrəy olduğunu bildirir", - deyə açıqlamada bildirilir.