Ukraynanın Melitopol yaxınlığındakı körpüyə raket hücumu nəticəsində ölənlərin sayı 4-ə çatıb. Beş nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə vilayət qubernatoru vəzifəsini icra edən Yevgeni Balitski bildirib.
Onlara tibbi yardım göstərilir.
Ukrayna Silahlı Qüvvələri Melitopol və Tokmakı birləşdirən Melitopol rayonunun Svetlodolinskoye kəndində Molochnaya çayı üzərindən keçən dəmir yolu körpüsünə HİMARS sistemlərindən raket zərbəsi endirib. Həmin vaxt orada abadlıq işləri gedirmiş.