Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Türkiyə, Rusiya Federasiyası və Suriya arasında planlaşdırılan yüksək səviyyəli danışıqlara qoşula biləcəyini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə türkiyə prezidenti gənclərlə görüşündə bildirib.
“Biz deyirik: Rusiya-Türkiyə-Suriya üçlüyündə birləşsin. İran da qoşulsun, danışıqlarımızı belə aparaq, regionda sülh olsun. Burada da nəticə əldə edirik”, - deyə Ərdoğan bildirib.
Qeyd edək ki , bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin Suriya ilə münasibətlərin normallaşması üçün Rusiyadan kömək istədiyini bildirib .
Onun sözlərinə görə, Türkiyə Suriya ilə münasibətlərin normallaşmasının tərəfdarıdır və bu işdə Rusiyadan kömək istəyib, bu sahədə təmaslar hazırlanır.
Bundan əvvəl Suriya Ərəb Respublikasının xarici işlər naziri Feysəl Mikdad bildirib ki, Suriya Türkiyə ordusu tərəfindən ölkənin şimal rayonlarının işğalına son qoymadan Türkiyə ilə münasibətlərin normallaşdırılması məsələsini müzakirə etməyəcək.