İran Məclisi (parlamenti) pilotsuz təyyarələrdən istifadə etməklə Müdafiə Nazirliyinin obyektlərindən birinə hücumu araşdırmaq üçün İsfahana xüsusi komissiya göndərəcək.
"Unikal" xəbər verir ki, Məclisin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədr müavini Abbas Müqtədai bildirib.
Onun sözlərinə görə, bir sıra rəsmilərin iştirakı ilə bugünkü iclasda İsfahanda baş verən hadisə hərtərəfli təhlil edilib.
“Və Milli Təhlükəsizlik Komitəsi hesabat hazırlamaq üçün İsfahana komissiya göndərəcək və onun əsasında növbəti qərarlar veriləcək”, - Müqtədai bildirib.
Yanvarın 28-i axşam saatlarında İsfahanda güclü partlayış baş verib . İran Müdafiə Nazirliyi bunun pilotsuz təyyarələrin “uğursuz hücumu” olduğunu bildirib. İran mediası ən azı beş əyalətdə partlayışlar barədə yazıb. “Al Arabiya” telekanalı adı açıqlanmayan “İsrail mediasına” istinadən İsrailin İrana qarşı hərbi əməliyyatına başladığını elan edib .
İsxafan İranın ən böyük şəhərlərindən biridir, əhalinin sayına görə üçüncüdür. Bu, İranın qədim paytaxtlarından biri, böyük sənaye və mədəniyyət mərkəzidir. Bundan əlavə, İsfahan eksperimental nüvə reaktoruna və nüvə yanacağının istehsalı üçün infrastruktura malikdir.