ABŞ bu ölkənin nüvə silahı əldə etməsinin qarşısını almaq üçün İrana qarşı hərbi əməliyyatları istisna etmir.
"Unikal" xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken Yaxın Şərqə səfəri zamanı Alarabiya telekanalına müsahibəsində deyib.
Hərbi variantın nəzərdə tutulub-tutulmaması ilə bağlı suala Blinken “Bütün variantlar masadadır”,- deyə cavab verib.
Eyni zamanda o, diplomatiyaya üstünlük verdiyini qeyd edib: "İranın beynəlxalq nüvə sazişinə qayıtmaq şansı var idi, lakin bunu rədd etdi".
Gülayə Mecid