Sloveniyanın Kəşfiyyat və Təhlükəsizlik Xidməti Lyublyanada Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən iki əcnəbini saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə "Slovenia Posts" məlumat yayıb.
Şübhəlilərdən birində Cənubi Amerika ölkələrindən birinin qondarma adı və vətəndaşlığı üçün sənədlər tapılıb.
Məhkəməyəqədər proses qeyri-rəsmi olaraq Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin bildirişi əsasında Lyublyana Rayon Prokurorluğu tərəfindən başlayıb. Ötən ilin dekabrında Lyublyana Dairə Məhkəməsinin istintaq şöbəsi xarici kəşfiyyata casusluqda şübhəli bilinən iki şəxsə qarşı təhqiqat üçün vəsatət qaldırıb.
Şübhəliləri casusluq və yalan məlumat vermək ittihamı ilə 8 ilə qədər həbs cəzası gözləyir.