Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun Rusiya lideri Putinin Ukraynaya müdaxilədən əvvəl onu açıq şəkildə hədələməsi ilə bağlı sözlərinə Moskvadan çox sərt reaksiya gəlib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Conson BBC-də yayımlanacaq “Putin Qərbə qarşı” sənədli filmində Rusiya prezidenti Vladimir Putinin onu açıq şəkildə raket hücumu ilə hədələdiyini bildirib.
Conson deyib ki, onu Ukraynaya hücum etməmək üçün razı salmağa çalışdığı Putin ona “Boris, səni incitmək istəmirəm, ancaq raketlə bir dəqiqə çəkəcək” deyib.
Dünya mətbuatında hadisə yaradan açıqlama ilə bağlı Rusiyadan diqqətçəkən cavab gəlib. Kremlin sözçüsü Dmitri Peskov Consonun Putinin onu raket hücumu ilə hədələdiyini əsas gətirərək “açıq-aşkar yalan danışdığını” deyib.
"Consonun sözləri doğru deyil, əslində tamamilə yalandır" , - Peskov vurğulayıb.
İkinci ilinə yaxınlaşan Rusiyanın Ukraynaya müdaxiləsi Kiyevə hərbi dəstək verən Moskva ilə London arasında gərginliyin sürətlə artmasına səbəb olur.
Gülayə Mecid